İran hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb

2024/12/1734066836.jpg
Oxunub: 285     12:42     14 İyun 2025    
İran hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi İranın hava limanları və hava naviqasiyası şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Ölkənin bütün hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb. Uçuşların dayandırılması sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib”, - məlumatda deyilir.

Vətəndaşlar hava limanlarına getməkdən çəkinməyə və sonrakı rəsmi məlumatlar və xəbərləri izləməyə çağırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Uçuş  


Bizi "telegram"da izləyin