Ordu.az xəbər verir ki, hökumətdən verilən yazılı açıqlamada Rusiyanın inkişaf etdirdiyi yeni lazer sistemi ilə bağlı məlumatlar yer alıb.
Açıqlamada PUA-ları dayandırmaq üçün yeni təkmil lazer sisteminin Rusiyanın bir bölgəsində qurulan sınaq bölgəsində müvəffəqiyyətlə sınaqdan keçirildiyi və sözügedən sistemin Rusiya Hava Hücumundan Müdafiə (HHM) sisteminə inteqrasiya ediləcəyi qeyd edilib.
Rusiya prezidenti Vladimir Putin ötən gün Ukraynada “xüsusi hərbi əməliyyat” başlayandan etibarən Rusiya HHM sistemləri tərəfindən 80 mindən çox hava hədəfinin məhv edildiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az