Ordu.az xəbər verir ki, M-345 hazırda istifadə olunan M-346 qabaqcıl təlim təyyarələri ilə birlikdə pilot təlim prosesinin əsas mərhələlərində xidmət göstərəcək.
Yeni təyyarənin istifadəyə verilməsi mərasimi İtaliyanın cənubundakı “Qalatina” aviabazasında yerləşən 61-ci Eskadrilyada keçirilib.
M-345 uzun müddət istifadə edilən MB-339 təyyarəsini əvəz edəcək.
İtaliya bu günə qədər 18 ədəd M-345 sifariş verib, onlardan 7-si çatdırılıb. Əməliyyat sınaq və qiymətləndirmə missiyalarında 4 təyyarədən istifadə edilib və bu proses mart ayında başa çatıb.
İndiyədək 4 təlimatçı pilot yeni sistemlə təlimlərini başa vurub. M-345 pilotların uçuş hazırlığının 2-ci və 3-cü pillələrində xidmət göstərəcək. Bu mərhələlərdən sonra pilotlar M-346 ilə təkmil təlimə keçəcəklər.
Sevinc Əliyeva
Ordu.az