İsrail İranın iki mərmisinin Qəzza yaxınlığında düşdüyünü etiraf edib - YENİLƏNİB

2024/12/1734944883.jpg
Oxunub: 530     11:55     14 İyun 2025    
İsrail Müdafiə Qüvvələri (İMQ) iki İran PUA-sının ölkənin hava hücumundan müdafiə sistemlərini yara bildiyinə dair məlumatı təsdiqləyib.

Ordu.az-ın ordunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iki mərmi Qəzza sektoru ilə sərhəd bölgəsinə düşüb.

Mərmilərin açıq əraziyə düşdüyü bildirilir. Xəsarət alan olmayıb.

***

İranın “Arash” tipli kamikadze dronları İsraildə bir sıra hədəfləri vurub.

Ordu.az xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb.

Daha əvvəl İsrail ordusu İrana məxsus PUA-ların aşkarlanması ilə əlaqədar plkənin şimalında bir sıra bölgələrdə hava hücumu həyəcanı xəbərdarlığı elan etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin