Qazaxıstan və İtaliya 180 milyon avroluq müqavilələr imzalayıblar - FOTOLAR

2025/05/2052e-1748421473.jpg
Oxunub: 443     12:26     28 May 2025    
Qazaxıstan və İtaliya Astanada keçirilmiş biznes forumunun yekunu üzrə ümumi məbləği 180 milyon avro olan 10 memorandum imzalayıblar.

Ordu.az xəbər verir ki, imzalanmış sənədlər birgə investisiya fondunun yaradılmasını, “Digital Supply Chain 4.0” platformasının inkişafını, birgə risk sığortasını və ESG üzrə yol xəritəsini nəzərdə tutur.

Memorandumların bir hissəsi aqrar sahədə əməkdaşlığı özündə ehtiva edir - Qazaxıstan İtaliyaya orqanik məhsulların tədarükünü artırmaq istəyir.

2024-cü ildə Qazaxıstan və İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 19,9 milyard ABŞ dolları təşkil edib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   İtaliya  


Bizi "telegram"da izləyin