Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Türkiyə Böyük Britaniyadan 12 ədəd C-130J hərbi nəqliyyat təyyarəsi almaqda son mərhələdədir.
Çatdırılmaların 2026-cı ilin əvvəlində başlaması planlaşdırılır. Sözügedən təyyarələr Kayseridəki 2-ci Hava Texniki Qulluq Zavodu Müdirliyində yerləşdiriləcək.
Müdafiə müxbiri Qaret Cenninqsin məlumatına görə, Türkiyə HHQ-nin rəsmiləri satınalma prosesinin irəlilədiyini və hazırlıqların başladığını bildiriblər.
Bu çərçivədə tip sertifikatlaşdırma təlimi Britaniyada yerləşən “Marshall Aerospace” şirkəti tərəfindən verilir və Kayseridə yeni anqarın inşası davam edir.
Britaniya Müdafiə Nazirliyinin 2021-ci ildə dərc etdiyi Müdafiə Komandanlığı Sənədi çərçivəsində Kral HHQ-yə məxsus ümumilikdə 14 ədəd C-130J təyyarəsi 2023-2025-ci illər arasında mərhələli şəkildə istismardan çıxarılıb.
İstismardan çıxarılan park 13 uzun gövdəli C-130J-30 (C4) təyyarəsi və bir standart C-130J (C5) modelindən ibarətdir.
Sevinc Əliyeva
Ordu.az