WIN EURASIA-da hazırlıqlar tamamlandı: Sərgi ziyarətçiləri qəbul etməyə başladı

2025/05/1748334901.jpg
Oxunub: 1255     13:34     28 May 2025    
Avrasiya regionunun ən geniş miqyaslı sənaye sərgilərindən biri olan WIN EURASIA mayın 28-dən 31-dək İstanbul Sərgi Mərkəzində ziyarətçilərə açıq olacaq.

Ordu.az xəbər verir ki, bu il “Diqqətimiz Avtomatlaşdırmadır” mövzusu ilə təşkil olunacaq tədbir 55 min kvadratmetr sahədə avtomatlaşdırma, maşınqayırma, robototexnika və rəqəmsal istehsal texnologiyaları sahələrində fəaliyyət göstərən yüzlərlə şirkəti bir araya gətirir.

Elektrik, radioelektron və enerji avtomatlaşdırmasından sənaye robotlarına, maşın istehsalından qaynaq texnologiyalarına qədər istehsal proseslərinin bütün komponentlərini əhatə edən sərgi sektorun gələcəyini formalaşdıracaq innovativ həllərlə dolu bir vitrin təqdim etməyi hədəfləyir.

Ötən il 17 ölkədən 750 iştirakçı və 41 554 ziyarətçini qəbul edən sərgi bu il 31-ci dəfə təşkil olunur. Artan maraqla birlikdə texnologiyaya əsaslanan məhsul qruplarının daha da genişlənməsi və bu ilki tədbirdə ziyarətçi sayının yeni səviyyəyə çatması gözlənilir.

Rəqəmsal və yaşıl transformasiyaya əsaslanan inkişaf strategiyaları çərçivəsində maşınqayırma sənayesinin qatıldığı sərgi xüsusilə alternativ bazarlara çıxış və ixrac həcminin artırılması baxımından kritik əhəmiyyətə malikdir.

2024-cü ildə 28,3 milyard dollarlıq ixracat əldə edən sektor sərgi vasitəsilə yeni əməkdaşlıqlar qurmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: WIN-EURASIA   Sərgi  


Bizi "telegram"da izləyin