Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent danışıb.
"Ukraynalılar dünən axşam son anda bəzi dəyişikliklər etmək qərarına gəldilər. Əminik ki, onlar bunu yenidən nəzərdən keçirəcəklər", - o bildirib.
Onun sözlərinə görə, Ukrayna sövdələşməyə hazır olsa, müqavilə çərşənbə günü imzalanacaq.
Nazir həmçinin qeyd edib ki, sövdələşmədən heç nə çıxarılmayıb və bu, bir gün əvvəl müzakirə edilən eyni razılaşmadır.
Ordu.az