Türkiyə ilə ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq sahəsində yüksək səviyyəli görüş keçirilib

2025/04/1746004962.jpg
Oxunub: 530     23:17     30 Aprel 2025    
Türkiyə ilə ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq sahəsində yüksək səviyyəli görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Tərəflər strateji tərəfdaşlığı gücləndirmək əzmində olduqlarını bir daha bəyan ediblər.

Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Respublikası-Amerika Birləşmiş Ştatları Yüksək Səviyyəli Müdafiə Qrupu Toplantısının 2025-ci il aprelin 28-də Ankarada keçirildiyini açıqlayıb.

İclasda Türkiyə Milli Müdafiə Nazirliyinin müdafiə təhlükəsizliyi baş direktoru general-mayor İlkay Altındağ və ABŞ Müdafiə Nazirliyinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini icra edən Ketrin Tompsonun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Bildirilib ki, tərəflər bu yaxınlarda ən yüksək səviyyədə ifadə olunduğu kimi, iki ölkə arasında səmimi dialoqu inkişaf etdirmək istəyi ilə bir araya gəliblər. Görüş zamanı müdafiə və müdafiə sənayesi əməkdaşlığının müxtəlif aspektləri müzakirə edilib, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib: "Tərəflər iki ölkə arasında bu yaxınlarda ən yüksək səviyyədə ifadə olunan səmimi dialoqu daha da inkişaf etdirmək arzusu ilə müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın müxtəlif aspektlərinin dərinləşdirilməsi imkanlarını müzakirə edib, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və strateji tərəfdaşlığı daha da gücləndirmək əzmində olduqlarını bir daha vurğulayıblar".

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin