Ordu.az xəbər verir ki, Milli Texnologiya Həmləsinin maraqlı tərəfi kimi STM gənclər üçün ruhlandırıcı layihələr və tədbirlərlə müdafiə sənayesinin gələcəyinə töhfə verməyə davam edir.
STM 2025-ci il mayın 1-4-də Lefkoşa Köhnə Ercan Hava Limanında keçiriləcək TEKNOFEST Şimali Kipr Türk Respublikası (ŞKTR) tədbirində texnologiya həvəskarları ilə görüşəcək.
STM tərəfindən təşkil edilən TEKNOFEST Dron Çempionatının (TDŞ) ilk mərhələsi ŞKTR-də keçiriləcək. TDŞ-də pilotlar özləri hazırladıqları və yığdıqları Pilotsuz Uçuş Aparatları (PUA) ilə çətin kurslarda yarışacaqlar.
TEKNOFEST ŞKTR-də Türkiyənin ilk milli freqatı MİLGEM-in 5-ci gəmisi “TCG İstanbul”, STM500 sualtı qayığı, milli zərbə PUA-sı sistemi “Kargu” və milli müşahidə PUA-sı “Togan”ın maketləri STM stendində nümayiş etdiriləcək.
Tədbir boyu STM stendində uşaqlar və gənclər üçün bir çox maarifləndirici və əyləncəli tədbirlər keçiriləcək. Ziyarətçilər STM tərəfindən hazırlanmış döyüş gəmiləri və PUA-ları “Rəqəmsal Yaddaş Oyunu” ilə uyğunlaşdırmağa çalışacaqlar.
Balacalar arzuladıqları texnologiyaları kağız üzərinə qoyaraq, rəqəmsal ekranlarda həyata keçirəcəklər. STM stendini ziyarət edən orta məktəb şagirdləri və universitet tələbələri rəqəmsal sorğu vasitəsilə özlərinə uyğun mühəndislik sahələrini kəşf edə, STM-də təcrübə, namizəd mühəndislik və karyera imkanları haqqında məlumat ala biləcəklər.
Sevinc Əliyeva
Ordu.az