KİV: Uitkoff aprelin 25-də Putinlə görüşə bilər

2025/04/stive-1744777699.jpg
Oxunub: 480     22:14     23 Aprel 2025    
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya prezidenti Vladimir Putinlə aprelin 25-də Rusiyada görüşə bilər.

Ordu.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Axios” portalı məlumat yayıb.

Göyərtəsində Uitkoffun olduğu “Gulfstream G650” təyyarəsinin Parisdən Rusiyaya doğru uçduğu güman edilir.

Bu məlumatın “Flightradar” izləmə xidməti tərəfindən təsdiq edildiyi bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uitkoff   ABŞ  


Bizi "telegram"da izləyin