İran Prezidenti Çinə səfər edəcək

2025/03/1741180206.jpg
Oxunub: 572     18:45     23 Aprel 2025    
İran Prezidenti Məsud Pezeşkian tezliklə Çinə səfər edəcək.

Ordu.az “Tasnim”a istinadən xəbər verir ki, bunu Çində səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O, ikitərəfli münasibətlərə dair görüşün yaxşı keçdiyini vurğulayıb.

Nazir onu da qeyd edib ki, Pezeşkian sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatı sammitinə qatılacaq.

Əraqçi 2025-ci ilin İran və Çin münasibətlərində “qızıl il” olacağını əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Çin  


Bizi "telegram"da izləyin