KİV: ABŞ Avropaya Krımı Rusiya ərazisi kimi tanımağı təklif edəcək

2025/04/1745341461.jpg
Oxunub: 610     20:46     22 Aprel 2025    
Amerika Birləşmiş Ştatları çərşənbə günü Londonda Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarda Avropa ölkələrinə Krımın Rusiya ərazisi kimi tanınmasını təklif edəcək.

Ordu.az xəbər verir ki, bununla bağlı “Washington Post“ öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə təklif mümkün sülh sazişi çərçivəsində veriləcək. Vaşinqton cəbhə xəttinin dondurulması məsələsini də qaldıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krım   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin