Ordu.az xəbər verir ki, bu barədə onun partiyasının üzvü Stiv Briua sosial şəbəkələrdə bildirib.
"Marin Le Pen hələ də departamentin müşaviridir. İnzibati məhkəməyə qərarın dayandırılması tələbi ilə apellyasiya şikayəti verilib", - deyə o qeyd edib.
Beləliklə, apellyasiya məhkəməsinin qərarı çıxarılana qədər Le Pen bu vəzifəni tutmağa davam edəcək.
Ötən həftə departamentin prefekturası siyasətçinin vəzifədən rəsmi kənarlaşdırılması haqqında qərarın qüvvəyə mindiyini bildirmişdi.
Ordu.az