İndoneziya Hərbi Dəniz Qüvvələrinin yeni yerli korveti inventardadır

2025/04/1745224725.jpg
Oxunub: 700     14:13     22 Aprel 2025    
İndoneziya Hərbi Dəniz Qüvvələri müdafiə sənayesində yerliləşdirmə səyləri çərçivəsində inşa edilən “KRI Bung Hatta” (370) adlı yeni nəsil korveti rəsmi olaraq istifadəyə verib.

Ordu.az xəbər verir ki, gəminin istismara verilməsi mərasimi 2025-ci il aprelin 17-də Batamdakı “PT Karimun Anuqrah Sejati” gəmiqayırma zavodunda keçirilib.

Ölkənin birinci vitse-prezidenti və müstəqillik mübarizəsinin mühüm simalarından biri olan Məhəmməd Hattanın adını daşıyan gəmi 80 metr uzunluğu və 25 düyün sürətə çatma qabiliyyəti ilə donanmanın çoxyönlü missiya ehtiyaclarını ödəmək üçün hazırlanıb.

Bildirilib ki, ümumi tutumu 82 nəfər olan korvet 5 gün fasiləsiz dənizdə xidmət edə bilər.

İnşası təxminən 20 ay ərzində tamamlanan “KRI Bung Hatta” İndoneziyanın daxili imkanlarla hərbi dəniz platformalarını inkişaf etdirmə səylərinin ən son məhsulu kimi diqqəti çəkir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   HDQ  


Bizi "telegram"da izləyin