Ordu.az xəbər verir ki, bu uçuşlar həm operator hazırlığını, həm də real döyüş tapşırıqlarını əhatə edərək Ukraynanın 2025-ci ilin yaz əməliyyatlarına hazırlığında mühüm rol oynayıb.
“Shield AI” mühəndisləri və texniki komandası Kiyevdəki ofis vasitəsilə Ukrayna qüvvələri ilə sıx əməkdaşlıq edir. Ukraynalı hərbçilərin bir qismi təlim məqsədilə ABŞ-nin Texas ştatına göndərilib.
USF-nin məlumatına əsasən, V-BAT GPS və rabitə siqnalları olmadan da fəaliyyət göstərə bilir ki, bu da elektromaqnit baxımından mürəkkəb döyüş şəraitində ona digər sistemlərə qarşı üstünlük verir. Ukraynalı operatorlar “Shield AI” tərəfindən verilən təlimin effektivliyini yüksək qiymətləndiriblər.
Şirkətin Ukrayna üzrə rəhbəri Ceyms Litsqo bildirib: “Artıq laboratoriyada deyil, döyüş meydanında sübut edilmiş sistemlərə etibar edilir. Biz real dünya problemlərinə fokuslanmış, sahədə performans göstərən texnologiyalar hazırlayırıq”.
V-BAT şirkətin “Hivemind” adlı süni zəka əsaslı proqram təminatı ilə təchiz olunub və həm kəşfiyyat-nəzarət-müşahidə (ISR), həm də zərbə funksiyalarını yerinə yetirmək qabiliyyətinə malikdir. Sistem GPS və rabitənin pozulduğu mürəkkəb şəraitdə uzunmüddətli missiyaları icra etmək üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az