Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“OA-1K Skyraider II” adlanan təyyarələr tam hazırlanmamış uçuş-enmə zolaqlarına enmə və qalxma həyata keçirərək, xüsusi təyinatlıların əməliyyatlarına dəstək verəcək.
Beləliklə, dünyanın ən güclü Hərbi Hava Qüvvələrinə (HHQ) malik olan ABŞ döyüş meydanında pərli təyyarələrlə fəaliyyət göstərəcək. Təyyarələr, xüsusilə Vyetnamda yaxın hava dəstəyi verən, ABŞ HHQ-nin istifadə etdiyi A-1-lərdən sonra “Skyraider II” adlandırılıb.
“L3 Harris/Air Tractor” ilə birgə inkişaf etdirilən təyyarə AFSOC-un Florida ştatının Herlbert-Fild şəhərindəki bazasında keçirilən mərasimdə təhvil verilib. AFSCO ötən il pilotların hazırlanması üçün iki təyyarə alıb və təyyarə üçün infrastruktur işlərinə başlayıb.
Ümumilikdə 75 ədəd sifarişlə həyata keçiriləcək layihədə AT-802 “Beechcraft AT-6 Wolverine”, “Embraer A-29 Super Tucano” və PZL-nin “M28B 1R Bryza”sını qabaqlayaraq, birinci yerə çıxıb. ABŞ-nin daha böyük AT-6 və “Super Tucano” əvəzinə daha yüngül təyyarəyə üstünlük verməsi diqqəti çəkib. İmzalanan müqavilənin həcmi 3 milyard dollardır.
Sevinc Əliyeva
Ordu.az