Ordu.az xəbər verir ki, Vuçiç Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniçkini paytaxt Belqraddakı Serbiya sarayında qəbul edib.
Nümayəndə heyətləri arasında aparılan danışıqların ardından təşkil edilən ortaq mətbuat konfransında danışan Vuçiç Macarıstanla əhəmiyyətli əməkdaşlıq etdiklərini və 2023-cü ildə əldə etdikləri müdafiə razılaşmasını konkretləşdirəcək sənədi imzaladıqlarını bildirib.
Vuçiç Serbiya və Macarıstan arasında strateji müdafiə əməkdaşlığının regionun bütün ölkələri arasında ən əhatəli saziş olduğunu deyib.
Bobrovniçki isə qeyd edib ki, Serbiya və Macarıstan daim məsləhətləşirlər.
Bobrovniçki Serbiyaya sülhməramlılıq baxımından hərbi dəstək verdiklərini və sonrakı illərdə həyata keçiriləcək planları da müzakirə etdiklərini bildirib.
Açıqlamalardan sonra Bobrovniçki və Serbiyanın müdafiə naziri Bratislav Qasiç iki ölkə arasında razılaşdırılmış müdafiə müqaviləsini imzalayıblar.
Sevinc Əliyeva
Ordu.az