IDEF “LAAD Defence & Security 2025”də yerini tutur

2025/04/1743494932.jpg
Oxunub: 411     12:38     02 Aprel 2025    
IDEF 2025-ci il aprelin 1-dən 4-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən “LAAD Defence & Security 2025” sərgisində öz yerini tutub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Latın Amerikasının ən böyük müdafiə və təhlükəsizlik tədbirlərindən biri olan LAAD 2025 beynəlxalq müdafiə sənayesi nümayəndələrinin bir araya gələrək, yenilikçi həlləri nümayiş etdirdiyi mühüm platformadır.

IDEF beynəlxalq şirkətləri 2025-ci il iyulun 22-27-də arasında İstanbul Sərgi Mərkəzində keçiriləcək, müdafiə və təhlükəsizlik sektorunda ən son yeniliklərin nümayiş olunacağı IDEF 2025 sərgisinə dəvət edəcək.

IDEF əməkdaşlığı gücləndirmək məqsədi ilə “LAAD Defence & Security 2025”in keçirildiyi “Riocentro” Sərgi və Konqres Mərkəzində S-80 stendində yer alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IDEF   LAAD-Defence-&-Security-2025  


Bizi "telegram"da izləyin