" IDEF " sözünə uyğun nəticə tapıldı!

"IDEF" - (70 )

ROKETSAN-ın IDEF 2019 sərgisindəki 4 məhsulu və texniki göstəriciləri - FOTOLAR

2019/05/MG_03-7784432900.jpg
Oxunub: 2332     16:31     03 May 2019    
ROKETSAN şirkəti 30 Aprel-3 May tarixlərində İstanbulda təşkil edilən lDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisində son texnologiya ilə hazırlanmış məhsullarını təqdim edib.

Şirkət nümayəndələri ROKETSAN stendindəki məhsullara marağı nəzərə alaraq ziyarətçilərə kiçik qruplar halında olmaqla məhsullarla bağlı məlumat verib və onların suallarını cavablandırıb.


İlk təqdim edilən məhsul 1 kq ağırlığına malik, çoxfunksiyalı atıcı qurğuya malik olan qısamənzilli “Yatağan” raket sistemi olub. Lazerlə idarə edilən raket sistemi tək bir əsgər tərəfindən idarə edilə bilir. Kiçik ölçüləri və yüngül olması ilə bu avadanlıq kiçik PUA-lar, pilotsuz quru və dəniz vasitələrinə də inteqrasiya edilə bilər.


Təqdim edilən digər bir avadanlıq “Hisar” havadan müdafiə raketi olub. Raketin hərbi bazalar, limanlar, müxtəlif hərbi zavodlar və qoşun qüvvələrini sabit və ya təyyarələrdən, qanadlı və hava-yer tipli raketlərdən, və pilotsuz uçuş avadanlıqlarından qorumaq üçün istifadə edildiyi bildirilib. Qeyd edək ki, “Hisar-A” və “Hisar-O” raketləri modulyar struktura malikdir və müxtəlif platformalarla, eyni zamanda yanğın idarəetmə və komandanlıq nəzarəti infrastrukturları ilə inteqrasiya edəcək şəkildə hazırlanıb. “Hisar-A” raketinin 15 km, “Hisar-O” raketinin isə 25 km mənzilə malik olduğunu qeyd edən şirkət nümayəndəsi, hər iki raketin yüksək partlayıcı fraqmentasiyaya malik başlığı olduğunu qeyd edib.


Stenddəki digər bir məhsul 4 m uzunluq və 500 kq çəkiyə malik olan uzaqmənzilli hava-yer tipli SOM-J raketləri olub. Bu avadanlıq strateji obyektlər, komandanlıq və nəzarət mərkəzləri, eləcə də donanma gəmilərinə qarşı istifadə edilə bilər. Raketin modulyar dizaynı lazımi əməliyyat rahatlığını dəstəkləyir. Aşağı radar izi, müdaxilə sistemlərinə qarşı dayanıqlılıq, uçuş müddətincə hədəf koordinatlarının yenilənməsi və hücum parametrlərinin manual seçilə bilməsi bu avadanlığın əsas xüsusiyyətlərindəndir.


ROKETSAN şirkətinin PUA-lar üçün hazırladığı MAM-L və MAM-C bombaları da sərgilənən məhsullar arasında idi. 22 kq ağırlığındakı MAM-L 2016-cı ildə kütləvi istehsala başlamış “Umtas” tank əleyhinə raketinə əsasən hazırlanıb. 8 km mənzilə sahib olan MAM-L PUA-lardan əlavə yüngül hücum təyyarələrində də istifadə edilir. “Ağıllı kiçik bomba” mənası daşıyan MAM-C isə PUA-lar, yüngül hücum təyyarələri və hava-yer missiyaları üçün nəzərdə tutulub. 6.5 kq ağırlığındakı avadanlıq həm sabit, həm də hərəkətdə olan hədəfləri yüksək dəqiqliklə vura bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: