Nigeriya və Almaniya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

2025/04/1743491421.jpg
Oxunub: 385     09:48     02 Aprel 2025    
Nigeriya və Almaniya müdafiə sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək üçün Almaniya Texniki Məsləhət Qrupu ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Nigeriya Müdafiə Nazirliyinin mətbuat katibinin verdiyi açıqlamaya görə, Nigeriya dövlət katibinin müşaviri Qabriel Tanimu Aduda və Almaniyanın Nigeriyadakı müdafiə attaşesi polkovnik Boris Bovekemp iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün saziş imzalayıblar.

Müşavir Aduda imzalanma mərasimindəki çıxışında iki ölkə arasında imzalanan sazişin strateji maliyyə əməkdaşlığı olduğunu bildirib.

Müqavilənin iki ölkə arasında ortaq təhlükəsizlik və inkişaf məqsədlərinə uyğun olaraq uzunmüddətli əməkdaşlığı dəstəklədiyini qeyd edən Aduda müqavilənin effektiv şəkildə həyata keçirilməsi üçün hesabatlılıq və səmərəliliyin prioritetləşdiriləcəyini bildirib.

Bovekemp Almaniyanın müdafiə, təhlükəsizlik və potensialın yaradılması sahələrində əməkdaşlığı daha da gücləndirmək öhdəliyini bir daha təkrar edərək, sazişin dəyişən təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizəni gücləndirəcəyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Almaniya   Müdafiə  


Bizi "telegram"da izləyin