Netanyahu Macarıstana səfər edəcək, Orbanla görüşəcək

2025/03/1743329329.jpg
Oxunub: 406     14:04     30 Mart 2025    
İsrail Baş naziri Binyamin Netanyahu aprelin 2-də Macarıstana səfər edəcək.

Ordu.az-ın xəbərinə görə, bu barədə İsrail Baş nazirinin dəftərxanası məlumat yayıb.

Səfər çərçivəsində Binyamin Netanyahu Macarıstan Baş naziri Viktor Orbanla görüşəcək.

Qeyd edək ki, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin Binyamin Netanyahunun həbsi barədə qərarını rədd edir. Budapeşt İsrailin Avropa İttifaqı və NATO-da yaxın müttəfiqi sayılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Orban  


Bizi "telegram"da izləyin