Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb

2025/03/1743327127.jpg
Oxunub: 365     13:13     30 Mart 2025    
Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası ölkənin Myanmadakı səfirliyinə istinadən məlumat yayıb.

"Martın 30-da Çinin Myanmadakı səfirliyi güclü zəlzələ nəticəsində 13 vətəndaşının xəsarət aldığını təsdiqləyib", - məlumatda deyilir.

Bundan əvvəl "Sinxua" agentliyi Çinin Yanqondakı səfirliyinin əməkdaşına istinadən 12 nəfərin yaralandığını bildirib.

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 1 700-ü keçib. Zəlzələ Tailand, Çin və Vyetnamda hiss olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Myanma   Zəlzələ   Çin  


Bizi "telegram"da izləyin