Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb

2025/03/1743323899.jpg
Oxunub: 393     12:32     30 Mart 2025    
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.

Məlumata görə, 3 400 nəfər xəsarət alıb, 300-ə yaxın insan itkin düşüb.

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 1 600-ü keçib. Zəlzələ Tailand, Çin və Vyetnamda hiss olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Myanma   Zəlzələ  


Bizi "telegram"da izləyin