Çin raketi eksperimental rabitə peykini orbitə çıxarıb

2025/03/1743311643.jpg
Oxunub: 510     03:26     30 Mart 2025    
Çin “Çançjen-7A” (Long March 7A) daşıyıcı raketi eksperimental rabitə peykini orbitə çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin İnformasiya İnternet Mərkəzi məlumat yayıb.

İkipilləli raketin buraxılışı Çinin cənubunda Haynan adasındakı Vençan kosmodromundan bazar günü Pekin vaxtı ilə 00:05-də (Bakı vaxtı ilə şənbə günü 20:05-də) həyata keçirilib.

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) peykinə təyin olunmuş orbitə uğurla çıxıb. O, çoxdiapazonlu yüksəksürətli peyk rabitə texnologiyalarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   CASC  


Bizi "telegram"da izləyin