İsrail vasitəçilərdən Qəzza ilə bağlı təklif alıb

2025/03/1743311304.jpg
Oxunub: 479     01:41     30 Mart 2025    
İsrail vasitəçilərdən Qəzza zolağı ilə bağlı təklif aldıqdan sonra cavab təklifi irəli sürüb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının dəftərxanası məlumat yayıb.

“Baş nazir Binyamin Netanyahu vasitəçilərdən alınmış təklifdən sonra bir sıra məsləhətləşmələr keçirib. Son saatlarda İsrail Birləşmiş Ştatlarla tam əməkdaşlıq şəraitində vasitəçilərə öz qarşı təklifini təqdim edib”, – bəyanatda deyilir.

Daha əvvəl HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı Misir və Qətərin şərtlərini qəbul edib. Bu ölkələr radikallar və İsrail arasında danışıqlarda vasitəçi kimi çıxış edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin