Moldova Qaqauz Muxtar Respublikasının rəhbəri həbs edilib

2025/03/Ekran-1743180240.jpg
Oxunub: 585     20:38     28 Mart 2025    
Moldova Qaqauz Muxtar ərazisinin rəhbəri Yevgeniya Qutsul barəsində açılan cinayət işi üzrə yeni hallar elan edən prokurorların tələbi ilə 20 sutka müddətinə həbs edilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kişinyov rayon məhkəməsi qərar verib.

"Yevgeniya Qutsula qarşı 20 sutka müddətinə həbs qətimkan tədbirinin tətbiqi barədə vəsatət qismən təsdiq edilsin", - hakim Sergey Çiobanu qərarı oxuyub.

Qaqauziyanın rəhbəri martın 25-də axşam saatlarında Kişinyov hava limanında İstanbula uçuş üçün qeydiyyatdan keçərkən saxlanılıb. Milli Antikorrupsiya Mərkəzi onun 72 saat həbsdə saxlandığını elan edib. Qutsul 2023-cü ildə Qaqauziyada keçiriləcək prezident seçkiləri üçün seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Qutsul  


Bizi "telegram"da izləyin