Türkiyə Şimali Makedoniya ilə müdafiə sənayesi əməkdaşlığını dərinləşdirir

2025/03/1743154008.jpg
Oxunub: 459     18:17     28 Mart 2025    
Türkiyənin ən köklü müdafiə sənayesi təşkilatı MKE ilə Şimali Makedoniyada yerləşən “ATS Group” arasında müdafiə sənayesi sahəsində Strateji Əməkdaşlıq Sazişi imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bu saziş çərçivəsində texnologiya transferi, istehsal müəssisələrinin modernləşdirilməsi və birgə investisiya layihələri həyata keçiriləcək.

Xüsusilə Şimali Makedoniyada inşası planlaşdırılan yeni barıt fabriki ilə iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığının gücləndirilməsi və regional istehsal gücünün artırılması hədəflənir.

Bu əməkdaşlığın iki şirkət arasında ticarət razılaşması olmaqla yanaşı, Türkiyə ilə Şimali Makedoniya arasındakı strateji tərəfdaşlığı da dərinləşdirəcəyi gözlənilir.

İmza mərasimində Türkiyə Milli Müdafiə Nazirliyi adından nazir müavini Musa Heybət və MKE-nin baş direktoru İlhami Keleş iştirak edib.

Mərasimdə Makedoniyadan xarici işlər naziri Timko Mucunski, müdafiə naziri Vlado Misajlovski və “ATS Group”un baş direktoru Şefşet Demirovski iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Şimali-Makedoniya  


Bizi "telegram"da izləyin