Ordu.az xəbər verir ki, 2024-cü ilin sentyabrında ABŞ Dövlət Departamenti Bolqarıstana 114 milyon dollar dəyərində “Javelin FGM-148F” raketləri və müvafiq avadanlıqların satışını təsdiqləyib.
Bu satınalma Bolqarıstanın 2023-cü ildə ABŞ-dan 1,5 milyard dollara aldığı “Stryker” döyüş vasitələri üçün lazım olan raketləri təmin edəcək.
NATO və Avropa İttifaqının üzvü olan Bolqarıstan 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Sovet dövründən qalma köhnə silah sistemlərinin modernləşdirilməsi üzrə işlərini sürətləndirib.
Eyni zamanda, ölkə Avropa İttifaqının üzv dövlətlər üçün müdafiə maliyyəsini artırmaq məqsədinə uyğun olaraq silah istehsalını artırmağı planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az