Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyədə yerləşən müdafiə şirkəti REPKON-un ABŞ-də yerləşən şirkəti olan REPKON USA və “BAE Systems” qabaqcıl döyüş sursatlarının istehsalı və inkişafı sahəsində əməkdaşlıq etmək üçün anlaşma memorandumu imzaladıqlarını açıqlayıblar.
Geniş miqyaslı razılaşmaya əsasən, iki şirkət sursatların çeşidini, dəqiqliyini və performansını artırmaq yollarını araşdırmaq üçün birlikdə çalışacaq.
Şirkətlərin məqsədi texnologiya və istehsal təcrübəsinin paylaşılmasını asanlaşdırmaqla, artan qlobal tələbatı qarşılamaq üçün yanacaq və partlayıcı maddələrin istehsalını sürətlə genişləndirmək məqsədilə prosesləri sadələşdirmək, sürətləndirməkdir.
Sevinc Əliyeva
Ordu.az