Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, müqavilə “Patriot” yerüstü hava hücumundan müdafiə sistemləri üçün ehtiyat hissələrinin əlçatanlığını yaxşılaşdırmaq məqsədi daşıyır, texniki dəstək, döyüş sursatlarının izlənməsi, təlim və daşınma xidmətlərini əhatə edir.
Bern bu təşəbbüsün neytrallıq siyasətinə uyğun olduğunu və hər hansı üzv dövlətin beynəlxalq silahlı münaqişəyə qarışacağı təqdirdə tərəfdaşlıqdan çıxmaq imkanının olduğunu vurğulayıb.
NATO-nun əsas çoxmillətli təchizat və logistika dəstəyi təşkilatı kimi NSPA üzv ölkələrə avadanlıqların idarə edilməsində köməklik göstərir.
İsveçrə NATO-nun üzvü olmasa da, bu sazişlə son dövrlərdə NATO ilə üçüncü əməkdaşlığını qurub.
Sevinc Əliyeva
Ordu.az