Cənubi Koreya “Black Hawk” helikopter parkının bir hissəsini modernləşdirməyə hazırlaşır

2025/03/1743150495.jpg
Oxunub: 430     13:26     30 Mart 2025    
Cənubi Koreya “Black Hawk” helikopter parkının bir hissəsini modernləşdirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Black Hawk” ümumi məqsədli helikopter parkının bir hissəsini modernləşdirməyə hazırlaşan Cənubi Koreya “Korean Aerospace Industries” (KAI) və “Korean Air”ə 961,3 milyard von (654 milyon dollar) dəyərində təkmilləşdirmə proqramı üçün təkliflər təqdim edib.

Cənubi Koreyanın Müdafiə Satınalma Proqramı İdarəsinin (DAPA) məlumatına görə, iki şirkət martın 25-dək “Black Hawk” performansının təkmilləşdirilməsi proqramı üçün təkliflər təqdim edib.

Təşəbbüs ilk dəfə 1990-cı illərdə istifadəyə verilən UH/HH-60 helikopterlərinin struktur komponentlərini təkmilləşdirmək və analoq avionik sistemləri rəqəmsallaşdırmaq məqsədi daşıyır.

Seçilmiş podratçı həm də avtonom hava infiltrasiya missiyalarını yerinə yetirmək üçün helikopter imkanlarını inkişaf etdirməyə cavabdeh olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Black-Hawk  


Bizi "telegram"da izləyin