Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi təlimin Sakit Okean Donanması çərçivəsində keçirildiyini açıqlayıb.
Nazirliyin açıqlamasına qeyd edilib ki, ekipaj atışdan əvvəl gizli şəkildə təyin olunmuş əraziyə yerləşib.
Rusiya Müdafiə Nazirliyi ilk raketin suüstü hədəfi, ikinci raketin isə Xabarovsk vilayətindəki Surkum taktiki bölgəsində yerüstü hədəfi vurduğunu bildirib. Atış məsafəsinin 1000 kilometrdən çox olduğu qeyd edilib.
Raket buraxılışlarına Sakit Okean Donanmasının gəmiləri, dəniz aviasiyasının təyyarələri və pilotsuz uçuş aparatları dəstək verib.
Sevinc Əliyeva
Ordu.az