Britaniya F-35 döyüş təyyarələrini 2069-cu ilə qədər xidmətdə saxlamağı hədəfləyir

2025/03/1743149652.jpg
Oxunub: 404     12:53     30 Mart 2025    
Böyük Britaniya Müdafiə Nazirliyi ən azı 2069-cu ilə qədər Britaniyanın qlobal “F-35 Lightning” təyyarələri parkı üçün avadanlıq dəstəyi verməyə davam edəcəyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “UK Defence Journal” məlumat yayıb.

Deputat Navendu Mişranın “Typhoon Tranche 1”in istismardan çıxmasının Britaniyanın aviasiya sektoruna təsiri ilə bağlı parlament sualını cavablandıran dövlət naziri Mariya İql F-35 istehsalı və texniki qulluğunda Britaniyanın uzunmüddətli rolunu vurğulayıb.

“Lockheed Martin” və Birgə Proqram Ofisi vasitəsilə ümumi qlobal “F-35 Lightning” istehsalının dəyərinə görə təxminən 15%-i Britaniya şirkətləri tərəfindən istehsal olunur”, - deyə o qeyd edib.

İql bildirib ki, bu istehsal və avadanlıq dəstəyi 100-dən çox Britaniya təchizatçısını əhatə edir, 20,000-dən çox işi dəstəkləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   F-35  


Bizi "telegram"da izləyin