Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyə müdafiə sənayesində innovativ və milli sistemlər inkişaf etdirərək, bütün dünyada ixrac uğurları əldə edən “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” milli müdafiə texnologiyalarını müxtəlif qitələrdə sərgiləməyə davam edir.
“Undersea Defence Technology – UDT 2025” 25-27 mart tarixlərində Norveçin paytaxtı Osloda keçirilib. Bu kontekstdə STM sualtı müdafiə texnologiyaları sahəsində Avropanın aparıcı tədbiri olan UDT-də iştirak edib, sualtı və dəniz müdafiəsi təhlükəsizliyində ən son həllərini nümayiş etdirib.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlarının modernləşdirilməsi və inşaat layihələrində mühüm vəzifələri üzərinə götürən STM Türkiyənin xüsusi əməliyyatlar və hücum məqsədli ilk milli sualtı qayıq dizaynı STM500 və türkiyəli mühəndislər tərəfindən dizayn edilmiş İnsansız Avtonom Sualtı Platforma STM NETA-nı UDT-2025-də sərgiləyib.
Latın Amerikasının ən böyük müdafiə və təhlükəsizlik sərgisi olan “LAAD Defence & Security 2025” 1-4 aprel 2025-ci il tarixləri arasında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Bu çərçivədə taktiki mini PUA-larda Türkiyədə və dünyada qabaqcıl sistemlər inkişaf etdirən STM Türkiyənin ilk milli zərbə PUA-sı “Kargu”nu personal əleyhinə və zirehdəlici döyüş başlığı ilə Braziliyada təqdim edəcək.
Sevinc Əliyeva
Ordu.az