Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yerli şirkətlərin texnoloji və sektor səriştələrini inkişaf etdirmək, üzvlər arasında əməkdaşlığı gücləndirərək, möhkəm bir ekosistem yaratmaq missiyası ilə qurulan “SAHA İstanbul” Müdafiə, Aviasiya və Kosmos Klasteri “Milli Texnologiya Həmləsi”nə uyğun olaraq yerlilik nisbətlərini artırmağa, kritik texnologiyaların inkişafına imkan yaratmağa və beynəlxalq rəqabət qabiliyyətini artırmağa davam edir.
Türkiyənin müdafiə sənayesində istehlakçı deyil, məhsuldar bir güc olmaq hədəfi ilə fəaliyyətini davam etdirən “SAHA İstanbul” yerli texnologiyaların inkişafına rəhbərlik edərək, sektor ekosistemini genişləndirməyi hədəfləyir.
Üzvlərinə daha səmərəli, keyfiyyətli və rəqabətədavamlı məhsullar istehsal etməkdə dəstək olmaq üçün xərc üstünlükləri təklif edərkən, rəqəmsal transformasiya proseslərindən tutmuş insan resurslarının gücləndirilməsinə qədər hərtərəfli dəstək mexanizmləri ilə şirkətlərinin sektordakı uğurlarını artırmağı hədəfləyir.
“SAHA İstanbul”un üzv şirkətləri ümumilikdə 78 min 300 nəfəri işlə təmin edir və şirkətlərin ümumi dövriyyəsi 12,59 milyard dollara, ixrac həcmi isə 6,08 milyard dollara çatır.
Sevinc Əliyeva
Ordu.az