Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bu kontekstdə ABŞ-də yerləşən “Northrop Grumman” və “General Atomics” şirkətləri Norveçə PUA-lar tədarük etmək üçün yarışır.
1957-ci ildə fəaliyyətə başlayan “Andøya” aviabazasında uzun illər Norveç Kral Hərbi Hava Qüvvələrinin (Luftforsvaret) dəniz patrul təyyarələri yerləşdirilib.
Norveçin şimalındakı Vesteralen arxipelaqında yerləşən bu baza xüsusilə Sovet İttifaqının Murmanskdakı Şimal Donanmasının monitorinqi üçün strateji əhəmiyyət kəsb edib.
Lakin 2016-cı ildə Norveç parlamenti baza ilə bağlı kritik qərar qəbul edib. Rusiyanın Krımı ilhaq etməsindən sonra artan gərginliyə baxmayaraq, “Andøya” yerinə “Evenes”də yeni “P-8A Poseidon” dəniz patrul təyyarəsinin yerləşdirilməsinə qərar verilib.
Sevinc Əliyeva
Ordu.az