Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
ABŞ Ordusunun Sakit okean üçün əməliyyatlar, planlar və təlimlər üzrə qərargah rəisinin müavini general-mayor Cefri VanAntverp jurnalistlərə açıqlamasında deyib: “Biz hazırda Filippində atış həyata keçirməyi planlaşdırmırıq”.
Xəbər ABŞ ordusunun Hind-Sakit okean strategiyası üçün həyati əhəmiyyət kəsb edən yeni qabiliyyətin ilk tətbiqi olan “Salaknib” təliminin bir hissəsi olaraq, ordunun 1-ci Çoxdomenli Missiya Qrupunun Filippinin Luzon şəhərinə “Typhon” buraxılış qurğusunu yerləşdirməsindən təxminən bir il sonra yayılıb.
Raket sistemi Vaşinqtondakı “Joint Base Lewis-McChord”dan “C-17 Globemaster” yük təyyarəsinin göyərtəsində 15 saatlıq uçuşla 8000 mildən çox məsafə qət edib.
“Typhon” o vaxtdan etibarən ölkədə qalıb, Çini qəzəbləndirib, Pekin bu addımı tənqid edib və bunun regionda sabitliyi poza biləcəyi barədə xəbərdarlıq edib.
Sevinc Əliyeva
Ordu.az