Avropa ölkələri ABŞ-nin buraxdığı boşluğu doldurmağa hazırlaşır

2025/03/1743056683.jpg
Oxunub: 444     20:23     28 Mart 2025    
Avropanın ən böyük hərbi gücləri ABŞ-dən qitənin müdafiəsi üçün daha çox məsuliyyət götürmək planları hazırlayır və qarşıdakı 5-10 il ərzində idarə olunan transfer üçün Tramp administrasiyasına müraciət edir.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Danışıqlar ABŞ-nin NATO-dan birtərəfli qaydada çıxması xaosundan qaçmaq cəhdidir, prezident Donald Trampın Avropanı təxminən səkkiz ildir qoruyan transatlantik ittifaqı zəiflətmək və ya ondan ayrılmaq üçün təkrar təhdidlərindən qaynaqlanan qorxudur.

Məsələ ilə tanış olan dörd avropalı rəsminin sözlərinə görə, Britaniya, Fransa, Almaniya və Skandinaviya ölkələri qeyri-rəsmi, lakin strukturlaşdırılmış müzakirələrdə iştirak edənlər arasındadır. Onların məqsədi maliyyə və hərbi yükü Avropa paytaxtlarına daşıyacaq plan hazırlamaq, NATO liderlərinin iyun ayında Haaqada keçiriləcək illik sammiti öncəsi bunu ABŞ-yə təqdim etməkdir.

Təklif, Trampı ABŞ-nin Asiyaya daha çox diqqət yetirməsinə imkan verəcək mərhələli təhvil verməyə inandırmaq məqsədilə Avropanın müdafiə xərclərini və hərbi potensialını artırmaq üçün möhkəm öhdəlikləri ehtiva edəcək.

Birləşmiş Ştatlar Avropanın təhlükəsizliyi üçün əvəzolunmazdır, müdafiəyə bütün digər NATO müttəfiqlərinin cəmindən daha çox pul xərcləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   ABŞ  


Bizi "telegram"da izləyin