Zelenski Rusiya ilə ABŞ arasında Ər-Riyadda aparılan müzakirələrdən danışıb

2025/03/1741014693.jpg
Oxunub: 499     02:25     25 Mart 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqları şərh edib.

Ordu.az xəbər verir ki, bu bardəə o, videomüraciətində bildirib.

“Dünən Amerika komandası ilə görüş oldu. Bu gün ABŞ nümayəndələri və Rusiya nümayəndələri ilə danışıqlar aparıldı. Bundan sonra Ukrayna və Amerika komandaları arasında daha bir görüş oldu”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, martın 24-ü axşam saatlarında Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında on iki saatlıq məsləhətləşmələr başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin