Çexiya böhran vəziyyətlərində sağ qalmaq üçün məlumat bröşuru hazırlayacaq

2025/03/552fc-1742879824.jpg
Oxunub: 1117     01:38     25 Mart 2025    
Çexiyanın Daxili İşlər Nazirliyi vətəndaşlar üçün böhran zamanı necə hərəkət etmələri ilə bağlı tövsiyələrin yer aldığı məlumat broşürü hazırlayır.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Vit Rakuşan bildirib.

Qeyd olunub ki, layihə fövqəladə vəziyyətin başlanmasından sonra ilk üç gündə sağ qalmağı öyrədən Finlandiyanın "72 saat" konsepsiyasına əsaslanır.

Nazirin sözlərinə görə, uyğunlaşdırılmış versiyada məlumat broşürü və əhalinin böhran vəziyyətlərinə hazırlanmasına yönəlmiş hərtərəfli kampaniya yer alacaq. Layihənin yayın sonunadək başa çatdırılması planlaşdırılır.

Rakuşan qeyd edib ki, ötən il baş verən daşqınlardan sonra Çexiya vətəndaşlarının 76 %-i dövlətin onları fövqəladə vəziyyətlərə daha yaxşı hazırlaması arzusunu ifadə edib, 70 %-i isə təhlükəsizlik tədbirləri haqqında daha konkret məlumat istədiklərini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Böhran  


Bizi "telegram"da izləyin