İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi vurublar

2024/11/1731043210.jpg
Oxunub: 568     22:43     24 Mart 2025    
İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi İsrail hüdudlarından kənarda uğurla vurublar.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti bildirib.

"İsrailin bir sıra bölgələrində sirenlər səsləndikdən sonra Yəməndən atılan raket İsrail sərhədini keçməmişdən əvvəl İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulub", - deyə bildirilib.

Qeyd edilib ki, “sirenlər protokola uyğun olaraq işə salınıb”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Yəmən  


Bizi "telegram"da izləyin