Siyarto: "Macarıstanı səs hüququndan məhrum etmək təhdidləri Aİ demokratiyasını şübhə altına salır"

2025/03/1742835912.jpg
Oxunub: 511     20:54     24 Mart 2025    
Macarıstanın milli maraqlarını müdafiə etdiyinə görə Aİ-də səsvermə hüququndan məhrum edilməsi ilə bağlı təhdidlər qurum daxilində demokratiya prinsiplərinə şübhələr yaradır.

Ordu.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto mətbuat konfransında bildirib.

“Bir ölkənin milli maraqları təmsil etdiyi üçün səsvermə hüququnu itirmək riski ilə üzləşməsi o deməkdir ki, Brüsselin demokratiya və qanunun aliliyi interpretasiyası kifayət qədər şübhəli hekayədir”, - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Siyarto   Macarıstan  


Bizi "telegram"da izləyin