"Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin" - Türkiyə prezidenti

2025/02/1740592928.jpg
Oxunub: 519     19:56     24 Mart 2025    
Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin.

Ordu.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə deyib.

Çıxışında müxalifətə müraciət edən Türkiyə prezidenti bildirib: "Əgər cəsarət edirsinizsə, korrupsiyanın, oğurluğun, rüşvətin hesabını verin".

"Artıq insanların əsəbləri ilə oynamayın. Təkcə şüarlarını deyil, mentalitetini də götürdüyünüz marjinal solçu təşkilatları bizim polisin üstünə çıxarmayın", - deyə R.T.Ərdoğan əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin