Zelenski: "Rusiya Trampın komandasındakı bəzi şəxslərə təsir etməyi bacarıb"

2025/03/1741014693.jpg
Oxunub: 553     19:55     24 Mart 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ABŞ Prezidenti Donald Trampın komandasındakı bəzi insanlara məlumatlar vasitəsilə təsir etməyi bacarıb.

Ordu.az xəbər verir ki, Ukrayna Prezidenti bunu “The Time” qəzetinə müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, məlumatlarda bildirilir ki, guya ukraynalılar müharibəni bitirmək istəmirlər və Kiyevi müharibəni sonlandırmağa məcbur etmək üçün nəsə etmək lazımdır.

"Düşünürəm ki, Rusiya Ağ Ev komandasındakı bəzi insanlara məlumat vasitəsilə təsir etməyi bacarıb. Amerikalılara verdikləri mesaj, ukraynalıların müharibəni bitirmək istəmədikləri və s. ilə bağlıdır", - V.Zelenski bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Rusiya  


Bizi "telegram"da izləyin