Ərdoğan: "Rusiyanın 30 günlük atəskəs təklifi ilə razılaşmasını müsbət qiymətləndiririk"

2025/03/1741025278.jpg
Oxunub: 543     19:01     24 Mart 2025    
Türkiyə Rusiyanın ABŞ-nin 30 günlük atəskəs təklifi ilə qismən razılaşmasını müsbət qiymətləndirir.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, bu, sülhə gedən yolda mühüm addım ola bilər.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə müharibənin ilk günündən etibarən tərəflər arasında balanslı davranır: “Ədalətli sülhün yaxın zamanda təmin olunmasına ümid edirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Rusiya  


Bizi "telegram"da izləyin