Hakerlər Belçika hökumətinin saytlarına hücum ediblər

2022/12/1670824078.jpg
Oxunub: 535     18:21     24 Mart 2025    
Bir qrup haker Belçikanın bir sıra mühüm dövlət saytlarına hücum edib.

Ordu.az-ın məlumatına görə, bu barədə "RTBF" televiziya kanalı xəbər verib.

Bildirilib ki, xüsusilə, belçikalılara rəsmi sənədlərə giriş imkanı verən hökumətin MyGov.be saytı hücuma məruz qalıb. Valon Parlamentinin veb saytı da hücuma məruz qalıb.

Telekanalın istinad etdiyi kibertəhlükəsizlik mərkəzinin məlumatına əsasən, bu, serverləri iflic edən DDОS hücumu olub. Mərkəzdən qeyd edilib ki, bu hücumlar kiber cinayətkarlara məlumat oğurlamağa imkan vermir.

Söhbət Rusiyanın "NoName" haker qrupudan gedir. Məlumata əsasən, hakerlər sosial şəbəkə vasitəsilə bildiriblər ki, bu, Belçikanın Ukraynaya 1 milyard avroluq yardım paketi ayırmasına onların cavabıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Haker   Belçika  


Bizi "telegram"da izləyin