Katz: "Hərbi əməliyyatlar HƏMAS ölkəmizə təhdid yaratmaq niyyətindən əl çəkənədək davam edəcək"

2024/09/a01f0-1727347755.jpg
Oxunub: 527     14:33     24 Mart 2025    
“HƏMAS-a qarşı hərbi əməliyyat girovlar azad olunana və təşkilat ölkəmizə təhdid yaratmaq niyyətindən əl çəkənədək davam etdiriləcək”.

Ordu.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

O, həmçinin ordunun hərbi aktivliyinin Qəzza sektorunda yaşayan dinc əhaliyə qarşı yönəlmədiyini açıqlayıb:

“Təəssüf ki, HƏMAS dinc əhalinin arasında gizlənərək, onları atəşə tutur. Bu fakt çox ciddi itkilərlə nəticələnir. Bu səbəbdən biz növbəti dəfə sakinlərə müraciət edərək, onları hərbi əməliyyat bölgəsini tərk etməyə çağırırıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Katz   İsrail  


Bizi "telegram"da izləyin