Peskov: "Ər-Riyaddakı danışıqlarda gəmiçiliyin təhlükəsizliyi müzakirə edilir"

2024/07/thumb-1721842996.jpg
Oxunub: 497     14:49     24 Mart 2025    
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Rusiya və ABŞ danışıqlarının gündəliyində Qara dəniz təşəbbüsü məsələsi durur.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Bu gün gündəlikdə Qara dəniz təşəbbüsü məsələsi və bu təşəbbüsün bərpası ilə bağlı bütün aspektlər durur. Bu, ABŞ Prezidenti Donald Trampın təklifi idi və Rusiya lideri Vladimir Putin buna razılıq verib. Nümayəndə heyətimiz məhz bu mandatla Ər-Riyada yollanıb", - D.Peskov qeyd edib.

O bildirib ki, danışıqlar, ilk növbədə, gəmiçiliyin təhlükəsizliyinə aiddir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ər-Riyad  


Bizi "telegram"da izləyin