Hakan Fidan ABŞ-yə səfər edəcək

2024/07/1720975084.jpg
Oxunub: 627     12:39     24 Mart 2025    
Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 25-26-da Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat Xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, H.Fidanın ABŞ Dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşü planlaşdırılır.

Səfər çərçivəsində iki ölkə arasında əlaqələr, eləcə də Türkiyə Prezidentinin ABŞ-yə səfəri ilə bağlı müzakirələr aparılacaq.

Bundan əlavə, Ukrayna və Fələstindəki vəziyyət, eləcə də Suriyadakı hadisələr başda olmaqla, iki ölkəni maraqlandıran regional inkişaflar və bu kontekstdəki əməkdaşlıq imkanları qiymətləndiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   ABŞ  


Bizi "telegram"da izləyin